CTAM əməkdaşları “Qərbi Azərbaycan: Tarixin izi ilə” layihəsində
“Cosmoline” Tərcümə
və Araşdırma Mərkəzi Bakı Dövlət Universiteti (BDU), Qərbi Azərbaycan İcması
(QAİ) və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə
“Qərbi Azərbaycan: Tarixin izi ilə” layihəsi çərçivəsində baş tutmuş məlumatlandırıcı
infosessiyada iştirak etmişdir.
İnfosessiyada
açılış nitqi ilə çıxış edən BDU-nun sosial məsələlər, tələbələrlə iş və
ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev, Milli Məclisin Gənclər
və İdman Komitəsinin, QAİ-nin Gənclər Şurasının sədri Şahin İsmayılov, layihənin
rəhbəri, RİİB-in əməkdaşı Orucəli Abbasazdə, professor İbrahim Bayramov və
dosent Aydın Məmmədov tarixi həqiqətlərin gənc auditoriyaya çatdırılmasının
vacibliyini diqqətə çatdırmışlar.
Mərkəzimizin
Qafqaz regionu üzrə eksperti, QAİ-nin Keşişkənd icmasının Gənclər üzrə məsul şəxsi
Həsən Əhmədov İ.Bayramov və A.Məmmədovla mövzuya dair gələcəkdə birgə işlərin
görülməsinin mümkünlüyünü müzakirə etmişdir.