CTAM əməkdaşları “Yeni dövrün Azərbaycanı” adlı seminarda
Mərkəzimizin
Qafqaz regionu üzrə eksperti, QAİ-nin Keşişkənd icmasının Gənclər üzrə məsul şəxsi
Həsən Əhmədov və tərcüməçi Şəlalə Hüseynova “Konstitusiya və Suverenlik İli” Tədbirlər
Planı çərçivəsində Bakı Slavyan Universitetində (BSU) baş tutmuş “Yeni dövrün
Azərbaycanı” adlı seminarda iştirak etmişlər.
BSU-nun
rektoru Anar Nağıyev dövlətçilik tariximizin keçdiyi çətin və qürurlu inkişaf
yolunu vizual materiallar vasitəsilə iştirakçıların diqqətinə çatdırmışdır.
Milli Məclisin
Gənclər və İdman Komitəsinin, QAİ-nin Gənclər Şurasının sədri Şahin İsmayılov
bu tərz seminarların gənclərimizin məlumatlandırılmasında xüsusi rol oyandığını
qeyd etmişdir.