CTAM “Yaddaşlarda yaşayan vətən” filminin təqdimat mərasimində
16
iyun tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr
üzrə Prorektorluğunun nəzdində fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar
Mərkəzinin təşkilatçılığı ilə “Yaddaşlarda yaşayan vətən” filminin təqdimat mərasimi
keçirilmişdir.
“Cosmoline”
Tərcümə və Araşdırma Mərkəzinin İcraçı direktoru Tünzalə Əsədova və Mərkəzin
baş tərcüməçisi, Qafqaz regionu üzrə ekspert Həsən Əhmədov təqdimat mərasimində
iştirak etmişdir.
İsveçli
rejissor Mikael Silkeberqin ərsəyə gətirdiyi filmdə Qərbi Azərbaycan
yaddaşlarda yaşayan və mədəni dəyərləri ilə qorunub saxlanılan məkan kimi təqdim
olunur. Filmdə təqdim edilən tarixi xəritələr, arxiv materialları və müxtəlif
şahid ifadələri bəzi coğrafiyaların yalnız fiziki sərhədlərdə yox, insanların mədəni
şüurunda və kollektiv yaddaşında yaşadığını bir daha sübut edir.
Tədbirdə
çıxış edənlər, rejissor Mikael Silkeberq, ADPU-nun Beynəlxalq əlaqələr üzrə
prorektoru, professor Mahirə Hüseynova, Milli Məclisin deputatları Qaya Məmmədov
və Rizvan Nəbiyev mədəni irsin, milli adət-ənənələrin, ədəbiyyat və incəsənətin
bu tərz filmlərlə gənc nəsillərə ötürülüməsinə xüsusi töhfə verəcəyini qeyd
etmişlər.