CTAM “Qayıdışa aparan yol: Dərələyəz gənclərinin uğur hekayələri” tədbirində
30
iyun tarixində Qərbi Azərbaycan İcmasında Dərələyəz İcmasının təşəbbüsü ilə “Qayıdışa
aparan yol: Dərələyəz gənclərinin uğur hekayələri” adlı tədbir keçirilmişdir. “Cosmoline”
Tərcümə və Araşdırma Mərkəzinin baş tərcüməçisi, Qafqaz regionu üzrə ekspert Həsən
Əhmədov və tərcüməçi Solmaz Quluzadə tədbirdə iştirak etmişdir.
Tədbirdə
çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin
deputatı Əziz Ələkbərli, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr
üzrə prorektoru, professor Mahirə Hüseynova, millət vəkili Hikmət Babaoğlu və Əkinçilik
Elmi-Tədqiqat İnstitunun direktoru Faiq Xudayev gənclərin vətənpərvər ruhda tərbiyə
edilməsi üçün belə həvəsləndirici tədbirlərin keçirilməsinin zəruri olduğunu
qeyd etmişlər.
Yekunda
tədbir iştirakçıları idman, mədəniyyət, incəsənət və təhsil sahəsində fərqlənmiş
bir qrup gəncin nailiyyətlərini özündə əks etdirən sərgiyə baxış keçirmiş və
xatirə fotosu çəkdirilmişdir.