• Ana səhifə
  • Haqqımızda
  • Xidmətlərimiz
    Tərcümə Araşdırma
  • Vakansiyalar
    Vakansiyalar Layihələr
  • Xəbərlər və araşdırmalar
  • Əlaqə

Xəbərlər və araşdırmalar

Ana səhifə/Xəbərlər və araşdırmalar

30.06.2026
CTAM “Qayıdışa aparan yol: Dərələyəz gənclərinin uğur hekayələri” tədbirində

30 iyun tarixində Qərbi Azərbaycan İcmasında Dərələyəz İcmasının təşəbbüsü ilə “Qayıdışa aparan yol: Dərələyəz gənclərinin uğur hekayələri” adlı tədbir keçirilmişdir. “Cosmoline” Tərcümə və Araşdırma Mərkəzinin baş tərcüməçisi, Qafqaz regionu üzrə ekspert Həsən Əhmədov və tərcüməçi Solmaz Quluzadə tədbirdə iştirak etmişdir.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova, millət vəkili Hikmət Babaoğlu və Əkinçilik Elmi-Tədqiqat İnstitunun direktoru Faiq Xudayev gənclərin vətənpərvər ruhda tərbiyə edilməsi üçün belə həvəsləndirici tədbirlərin keçirilməsinin zəruri olduğunu qeyd etmişlər.

Yekunda tədbir iştirakçıları idman, mədəniyyət, incəsənət və təhsil sahəsində fərqlənmiş bir qrup gəncin nailiyyətlərini özündə əks etdirən sərgiyə baxış keçirmiş və xatirə fotosu çəkdirilmişdir.  


Bizi sosial şəbəkələrdə izləyin

Bizimlə əlaqə

Ünvan: 95 Heydər Əliyev Prospekti, Baku , Azerbaijan

Elektron poçt ünvanı: office@cosmoline.az

Telefon: (+994) 51 648 43 56

Copyright ©